• Bakı, Azərbaycan, Eldar Tağızadə 18
  • Bizimlə əlaqə +994 12 441 31 90
  • info@altindash.az

Haqqımızda

Altın Daş

“Altın Daş” MMC 2014-cü ilin oktyabr ayından fəaliyyətə başlamışdır. Şirkətimizin yaranması Azərbaycan bazarında yüksək keyfiyyətli və qənaətli tikinti materiallarına olan ehtiyacın olmasıdır. Bizim məhsulların qısa zaman kəsiyində tikinti firmaları tərəfindən müsbət qəbul edilməsi bu növ tikinti materiallarına tələbatın artmasından irəli gəlir.

Beton divar daşları Türkiyə texnologiyası və yerli xammal istifadə etməklə istehsal olunur. Bu məhsullar ekoloji təmiz, oda davamlı, yüngül və qənaətli olması ilə başqa məhsulladan fərqlənir.

Məsaməli beton divar daşları müqayisədə digər tikinti materiallarından daha möhkəm, uzun ömürlü, istiyə və şaxtaya davamlı, ekoloji təmiz üstünlüklərə malikdir. Beton divar daşları istehsalı zavodu tam avtomatlaşdırılmış qaydada işləyir. Xammalın istehsal sahəsinə daxil olmasından hazır məhsulun anbardan çıxışına qədər istehsal prosesinə işçi müdaxiləsi “0”-a endirilmişdir. Bu da məhsulların keyfiyyətinə zəmanət verir.

Layİhələrİmİz

ALTIN DAŞ

Məhsullar

ALTIN DAŞ

İstiliyin böyük hissəsi xarici divarda itirilir. Bunun qarşısını evin divarlarını “Altın Daş” məhsullarından tikməklə almaq mümkündür. Məsamələrində havanın olması hesabına “Altın Daş” tikinti materialları mükəmməl izolyasiya etmə xüsusiyyətinə malikdir. Daşların “oyuq-daraq” sistemi ilə bir-birinə möhkəm sıxlaşdırılması daxili və xarici mühit arasında baş verən aktiv istilik mübadiləsinin qarşısını alır. Belə olduqda “Altın Daş” daşları vasitəsilə tikilən evlərdə qışda istiliyə qənaət edilir, yayda isə xoş sərin hava saxlanılır.

Məkanın səs izolyasiyasının zəruri səviyyəsinin təmin edilməsi müasir tikintinin ən mühüm məsələlərindən biri hesab edilir. Binaların daxilində səs-küyün səviyyəsini çox təbəqəli konstruksiyalardan istifadə edilməsi hesabına azaltmaq mümkündür. “Altın Daş” daşları isə xüsusi strukturu hesabına səsin yüksək dərəcədə udulması ilə xarakterizə olunur.
Çox hallarda tikinti materiallarının istifadəsi zamanı səs izolyasiyası üzrə qüvvədə olan tələblər əlavə tədbirlər həyata keçirilmədən yerinə yetirilir.

Hər hansı bir tikinti materialı üçün əsas şərtlərdən biri ekoloji cəhətdən təhlükəsiz olmasıdır. “Altın Daş” daşları tərkibində kimyəvi və digər zərərli qazlar yoxdur. Beləliklə hörgü bloklarından zəhərli qazlar və maddələr ayrılmır. Bu xüsusiyyəti onu ekoloji cəhətdən təmiz məhsullara aid edir. Sıxlaşdırılmış tikinti metodu ilə hazırlanmış məhsullardan tüstü və zəhərli qaz ayrılmır.

“Altın Daş” beton divar daşları yanmayan və oda davamlı materiallardan hazırlanmışdır. Temperaturun təsirinə qarşı həssas deyil: materialın strukturu və forması dəyişmir ki, bu da öz növbəsində binada yanğının və ya tüstünün yayılmasının qarşısını alır. Bununla da “Altın Daş” materialının fiziki xüsusiyyətləri, oda davamlılığı, onun yanmayan tikinti materialı olduğunu bir daha sübut edir.

“Altın Daş” MMC daşları ilə tikilən binaların təmiri vaxtı suvaqdan istifadəyə ehtiyac olmur. Bu da öz növbəsində tikilini istifadə olunan suvağın material və işçilik xərclərindən azad edir.

“Altın Daş” divar beton daşlarının məsaməli olması və xüsusi texnologiya ilə hazırlanması, onu digər məhsullarla müqayisədə daha yüngül edir. Bu da “Altın Daş” məhsulların hündür binalarda istifadəsini mümkün edir.

Tərəfdaşlarımız

ALTIN DAŞ