• Bakı, Azərbaycan, Eldar Tağızadə 18
  • Bizimlə əlaqə +994 12 441 31 90
  • info@altindash.az
  • Bakı, Azərbaycan, Eldar Tağızadə 18
  • Bizimlə əlaqə +994 12 441 31 90
  • info@altindash.az

Məhsullarımız

Məhsullar


example-3 example-3 example-3

example-3 example-3 example-3


İstiliyin böyük hissəsi xarici divarda itirilir. Bunun qarşısını evin divarlarını “Altın Daş” məhsullarından tikməklə almaq mümkündür. Məsamələrində havanın olması hesabına “Altın Daş” tikinti materialları mükəmməl izolyasiya etmə xüsusiyyətinə malikdir. Daşların “oyuq-daraq” sistemi ilə bir-birinə möhkəm sıxlaşdırılması daxili və xarici mühit arasında baş verən aktiv istilik mübadiləsinin qarşısını alır. Belə olduqda “Altın Daş” daşları vasitəsilə tikilən evlərdə qışda istiliyə qənaət edilir, yayda isə xoş sərin hava saxlanılır.

Məkanın səs izolyasiyasının zəruri səviyyəsinin təmin edilməsi müasir tikintinin ən mühüm məsələlərindən biri hesab edilir. Binaların daxilində səs-küyün səviyyəsini çox təbəqəli konstruksiyalardan istifadə edilməsi hesabına azaltmaq mümkündür. “Altın Daş” daşları isə xüsusi strukturu hesabına səsin yüksək dərəcədə udulması ilə xarakterizə olunur.
Çox hallarda tikinti materiallarının istifadəsi zamanı səs izolyasiyası üzrə qüvvədə olan tələblər əlavə tədbirlər həyata keçirilmədən yerinə yetirilir.

Hər hansı bir tikinti materialı üçün əsas şərtlərdən biri ekoloji cəhətdən təhlükəsiz olmasıdır. “Altın Daş” daşları tərkibində kimyəvi və digər zərərli qazlar yoxdur. Beləliklə hörgü bloklarından zəhərli qazlar və maddələr ayrılmır. Bu xüsusiyyəti onu ekoloji cəhətdən təmiz məhsullara aid edir. Sıxlaşdırılmış tikinti metodu ilə hazırlanmış məhsullardan tüstü və zəhərli qaz ayrılmır.

“Altın Daş” beton divar daşları yanmayan və oda davamlı materiallardan hazırlanmışdır. Temperaturun təsirinə qarşı həssas deyil: materialın strukturu və forması dəyişmir ki, bu da öz növbəsində binada yanğının və ya tüstünün yayılmasının qarşısını alır. Bununla da “Altın Daş” materialının fiziki xüsusiyyətləri, oda davamlılığı, onun yanmayan tikinti materialı olduğunu bir daha sübut edir.

“Altın Daş” MMC daşları ilə tikilən binaların təmiri vaxtı suvaqdan istifadəyə ehtiyac olmur. Bu da öz növbəsində tikilini istifadə olunan suvağın material və işçilik xərclərindən azad edir.

“Altın Daş” divar beton daşlarının məsaməli olması və xüsusi texnologiya ilə hazırlanması, onu digər məhsullarla müqayisədə daha yüngül edir. Bu da “Altın Daş” məhsulların hündür binalarda istifadəsini mümkün edir.